Citynet “Uninet” MMC-nin tərkibində fəaliyyət göstərən telekommunikasiya brendidir. Biz bağlantını sadəcə internet xidməti kimi yox, gündəlik rahatlığın bir hissəsi kimi təqdim edirik.
Citynet ilə evdə və ya iş yerində çalışmaq, öyrənmək, əylənmək və ünsiyyətdə qalmaq çox asandır. Sürətli və etibarlı bağlantı sayəsində internet gündəlik həyatın axarına mane olmur, əksinə, onu daha sadə və rahat edir.
Abunəçilərimiz 1000 Mb/s-dək sürətli internet, müxtəlif dillərdə TV kanalları, minlərlə məzmunu olan Film platforması və digər telekommunikasiya xidmətlərindən yararlana bilirlər. Tariflərimiz 100 Mb/s-dən başlayır və fərqli istifadə ehtiyaclarına uyğun seçim imkanı yaradır.
Fiber optik şəbəkəmizi mütəmadi olaraq yeniləyir və genişləndiririk ki, internetdən gündəlik istifadə hər kəs üçün əlçatan və sabit olsun.
Rahatlığınızı düşünərək hazırladığımız citynet və citynet TV mobil tətbiqləri ilə abunəçilərimiz xidmətlərini idarə edir, balansını izləyir, ödəniş edir və istədikləri zaman, istədikləri yerdə sevdikləri film və digər məzmunlara baxa bilirlər.
Gecə-gündüz xidmət göstərən *1177 Çağrı Mərkəzimiz və onlayn dəstək kanallarımız sual, müraciət və ya dəstək ehtiyacı yarandıqda abunəçilərimizin yanındadır.
Citynet ilə rahat yaşa!