Hörmətli abunəçi,
“Azerfon” MMC ilə “NarNet” istifadəçiləri arasında telekommunikasiya xidmətlərinin göstərilməsinə dair bağlanmış abunə müqaviləsinin 7.3-cü bəndində 31.03.2020-ci il tarixindən etibarən aşağıdakı dəyişikliklər ediləcək:
·1.1-ci bənddən “internetə qoşulma” sözləri
çıxarılacaq;
·1.2-ci, 3.2-ci, 4.1.2-ci, 4.3.9-cu bəndlər ləğv
ediləcək;
·2.3-cü, 2.4-cü və 5.2-ci bəndlərdən “və internetə
qoşulma” sözləri çıxarılacaq;
·3.1-ci bənddən “və/və ya genişzolaqlı avadanlıqlar
vasitəsilə” sözləri çıxarılacaq”.
31.03.2020-ci
il tarixindən etibarən “Azerfon” MMC “NarNet” abunəçilərinə internetə qoşulma
xidmətləri göstərməyəcək. İnternet xidmətlərinin təmin edilməsi üçün qeyd edilən
tarixdən eyni şərtlərlə və qiymətlərlə internetə qoşulma xidmətləri üzrə öhdəlikləri
“CityNet” ticarət nişanı ilə tanınan “Uninet” MMC həyata keçirəcək.