«CityNet» internet xidmətləri provayderi fiber - optik maqistral şəbəkəsi Fast Ethernet 100Base-FX və Gigabit Ethernet 1000Base-LX texnologiyaları əsasında qurulmuşdur.Buna uyğun ikinci L2 və üçüncü L3 səviyyəli yüksəktutumlu magistral kommutatorları quraşdırılır.Bərabər olaraq QoS (xidmətin keyfiyyəti,trafikin prioritetləşdirilməsi) və VLAN (IEEE 802.1Q/p dəstəkləyən kommutator bazaları) texnologiyalarından istifadə olunur.
Hər evə və mənzilə fiber - optik kanal!
Rayon şəbəkəsi "binaya optik kanal" (Fiber to the building, FTTB) və "bloka optik kanal" - texnologiyası əsasında hər bina (və ya mənzilə optik kanal) mərkəzi kommutatora qoşulmuş ayrıca fiber - optik kanal vasitəsilə əlaqələndirilir. Avadanlıqdan abunəçinin mənzilinə 5e kateqoriyalı ethernet kabel çəkilir. İstifadəçinin istəyinə uyğun olaraq mənzil və ya ofislər üçün "mənzilə fiber - optik" (Fiber to the home, FTTP) texnologiyası vasitəsilə birbaşa fiber - optik kabelin çəkilməsi də mümkündür.
Kabeli qoş və internetdən istifadə et
Son zamanlar provayderlər şəbəkələrinin təhlükəsizliyinə və etibarlılığına daha çox diqqət yetirməyə başlayıblar.Fiber - optik kabel və təhlükəsiz firewall qorunmanın mütərəqqi metodlarından istifadəyə daha yaxşı nəzarət etmək imkanı verir.
Abunəçi xətti yaradılması texnologiyasından istifadə edərək hər bir istifadəçiyə magistral xətdən ayrı (VLAN) kanalı ayrılır. Bunun üçün VLAN və 802.1Q dəstəkləyən portları idarə etmə funksiyalı yüksək kommutatorlardan istifadə olunur.
Qoşulma üçün abonentin komyputerində heç bir əlavə şəbəkə düzəlişlərinə ehtiyyac yoxdur - bütün ünvanlar DHCP protokolunun köməyi ilə avtomatik paylanır. Sistemin yenidən yazılması zamanı heç bir dəyişikliyə ehtiyyac olmayacaq. Bütün parametrlər avtomatik olaraq provayder tərəfindən verilir.
Qoşulma üçün heç bir istifadəçi adı və şifrə yığmağa, kompyuterin resurslarından yükləyən VPN qoşulmadan istifadəyə ehtiyyac yoxdur. VLAN virtual kanalının quruluş strukturası DHCP-server problemlərinin, səhv ünvanların, şəbəkə viruslarının (troyan viruslarından başqa)və abonentlər arasında bir-birinə mənfi təsirinin qarşısını alır.
Quraşdırılan texnologiyalar kompleksi ev şəbəkə problemlərinin -virus, xaker, modem düzəlişlərinin pozulması kimi bir sıra rast gəlinən problemləri aradan qaldırır.
Sadəcə kabeli qoş və internetdən istifadə et!