«CityNet» şirkətinin fiber - optik maqistral şəbəkəsi Fast Ethernet 100Base-FX və Gigabit Ethernet 1000Base-LX texnologiyaları əsasında qurulmuşdur.Buna uyğun ikinci L2 və üçüncü L3 səviyyəli yüksəktutumlu magistral kommutatorları quraşdırılır.Bərabər olaraq QoS (xidmətin keyfiyyəti,trafikin prioritetləşdirilməsi) və VLAN (IEEE 802.1Q/p dəstəkləyən kommutator bazaları) texnologiyalarından istifadə olunur.
Hər evə və mənzilə fiber - optik kanal!
Rayon şəbəkəsi "binaya optik kanal" (Fiber to the building, FTTB) və "bloka optik kanal" - texnologiyası əsasında hər bina (və ya mənzilə optik kanal) mərkəzi kommutatora qoşulmuş ayrıca fiber - optik kanal vasitəsilə əlaqələndirilir. Avadanlıqdan abunəçinin mənzilinə 5e kateqoriyalı ethernet kabel çəkilir. İstifadəçinin istəyinə uyğun olaraq mənzil və ya ofislər üçün "mənzilə fiber - optik" (Fiber to the home, FTTP) texnologiyası vasitəsilə birbaşa fiber - optik kabelin çəkilməsi də mümkündür.
Kabeli qoş və internetdən istifadə et
Son zamanlar provayderlər şəbəkələrinin təhlükəsizliyinə və etibarlılığına daha çox diqqət yetirməyə başlayıblar.Fiber - optik kabel və təhlükəsiz firewall qorunmanın mütərəqqi metodlarından istifadəyə daha yaxşı nəzarət etmək imkanı verir.
Abunəçi xətti yaradılması texnologiyasından istifadə edərək hər bir istifadəçiyə magistral xətdən ayrı (VLAN) kanalı ayrılır. Bunun üçün VLAN və 802.1Q dəstəkləyən portları idarə etmə funksiyalı yüksək kommutatorlardan istifadə olunur.
Qoşulma üçün abonentin komyputerində heç bir əlavə şəbəkə düzəlişlərinə ehtiyyac yoxdur - bütün ünvanlar DHCP protokolunun köməyi ilə avtomatik paylanır. Sistemin yenidən yazılması zamanı heç bir dəyişikliyə ehtiyyac olmayacaq. Bütün parametrlər avtomatik olaraq provayder tərəfindən verilir.
Qoşulma üçün heç bir istifadəçi adı və şifrə yığmağa, kompyuterin resurslarından yükləyən VPN qoşulmadan istifadəyə ehtiyyac yoxdur. VLAN virtual kanalının quruluş strukturası DHCP-server problemlərinin, səhv ünvanların, şəbəkə viruslarının (troyan viruslarından başqa)və abonentlər arasında bir-birinə mənfi təsirinin qarşısını alır.
Quraşdırılan texnologiyalar kompleksi ev şəbəkə problemlərinin -virus, xaker, modem düzəlişlərinin pozulması kimi bir sıra rast gəlinən problemləri aradan qaldırır.
Sadəcə kabeli qoş və internetdən istifadə et!
Telefon qoşulmasından fərqli üstünlükləri
:
Müqayisə edilməz yüksək sürət;
Telefon xəttindən istifadə edilməməsi;
Qoşulma və kəsintilərin olmaması;
Sərfəli qiymətlər;
Ödəmə sistemi qoşulma vaxtı ödənişini təyin etmir
ADSL texnologiyasından fərqli üstünlükləri
Sizə elə gəlir ki telefon xətti yüksək sürətli otürmə üçün ideal variantdır.Amma bu belə deyil. Hava şəraiti qarın əriməsi, yağışlar, güclü külək ADSL texnologiyasının işləməsində çox böyük problemlər yaradır. Bu problemlər telefon xəttlərinin istifadə ömrünü azaldır və internetdə tez - tez kəsilmələr yaradır. Xəttin parametrlərinin aşağı düşməsi nəticəsində internet sürəti abonentə itgilərlə çatır.
«CityNet» şirkəti internet xidmətini abonentlərə yeni qurulmuş şəbəkə vasitəsiylə təqdim edir. Magistral xəttlərin çəkilməsində yüksək sürət tutumlu fiber - optik kabellərdən istifadə olunub. Abonentə isə sürət 1 Gbit/san qədər dəstəkləyən xətt çəkilir.
Sadəcə ADSL texnologiyası ilə 100 Mbit/san və daha çox tutumlu abunəçi xəttini müqayisə edin.Bəs ADSL nədir?
Provayderlər maksimal 24 Meqabitə qədər sürət vəd etsələr də hansı tarifdə bu mümkündür? Ən çox 3 Mbit və daha az tariflərdən istifadə olunur;
24 Meqabit – ADSL texnologiyasının maksimal sürətidir. Bakı ərazisində 5 mbit sürəti qəbul edə bilən telefon xəttləri çox nadir hallarda rast gəlinir. Əksər xəttlər keçən əsrin ortalarında çəkilmişdir;
Unutmayın ADSL assimetrik texnologiyadır.Yəni göndərmə sürəti qəbul etmə sürətindən dəfələrlə aşağıdır.Bu isə yüksək tutumlu məlumatların göndərilməsində çox böyük əhəmiyyət kəsb edir;
Sizin binanızda sizdən başqa ADSL dən istifadə edən qonşularınız varsa xəttlərdəki problemlər özünü əhəmiyyətli dərəcədə göstərəcəkdir. ADSL texnologiyası yaradılanda bu qədər məşhurlaşacağı nəzərdə tutulmamışdı;
Ev şəbəkəsinin inkişafı simmetrik olaraq yüksək sürət qəbul etməni və göndərməni təmin edir.Bu da nəinki internetdən istifadəni həm də müxtəlif şəxsi serverlərin yaradılması imkanını da reallaşdırır.