Кампанию 1+1

Кампанию 1+1

Воспользоваться кампанией можно, подключившись к услугам через сайт www.citynet.az.

Условия пользования

 

1. Müqavilə tərəfinin dəyişdirilməsi

 

1.1. Müqavilə tərəfinin dəyişdirilməsi yalnız “Uninet” MMC-nin (bundan sonra “Uninet” və ya “CityNet”) cari abunəçisinin və yeni abunəçinin və ya onların səlahiyyətli nümayəndələrinin bu barədə əvvəlcədən verdiyi yazılı razılığı əsasında “Uninet”in müvafiq prosedurlarına uyğun olaraq mümkündür.

 

2. Tarif dəyişikliyi


2.1. Tarif dəyişikliyi üçün abunəçi və ya onun səlahiyyətli nümayəndəsi şəxsiyyətini təsdiq edən sənədlə “Uninet”in xidmət mərkəzləri, həmçinin əlaqə mərkəzi və ya CityNet tətbiqinin dəstək bölməsi vasitəsilə müraciət edə bilər və əməliyyatın icrası “Uninet”in daxili prosedurlarına uyğun olaraq mümkündür.

 

3. Ünvan dəyişikliyi

3.1. Əməliyyat ödənişsiz icra olunur.

3.2. Ünvan dəyişikliyi üçün növbəti ödəniş günündən 5 gün əvvəl abunəçi “Uninet”in əlaqə mərkəzinə, xidmət mərkəzlərinə və ya sosial şəbəkələrin idarəetmə qrupuna müraciət edərək “Uninet” tərəfindən tələb olunan bütün zəruri məlumatları təqdim etməlidir (dəyişən ünvanlar, abunəçinin istifadəsində “Uninet” tərəfindən təqdim edilmiş son avadanlıq olub-olmaması və sair).

3.3. Əməliyyatın icrası “Uninet”in daxili prosedurlarına uyğun olaraq icra olunur.

3.4. Abunəçinin cari ünvanında “Uninet” tərəfindən təqdim edilmiş son avadanlıq istifadə edilirsə, abunəçi həmin son avadanlığı yeni ünvanda istifadə edə bilər.

4. Texniki dəstək

4.1 “Uninet” abunəçinin müraciətinə əsasən, xidmətdə yaranmış texniki problemlərin mümkün qısa müddət ərzində aradan qaldırılması üçün tədbirlər görür. Abunəçinin  xidmətlərdən istifadəsi ilə bağlı yaranmış texniki çətinlik birbaşa “Uninet”in fəaliyyətinin nəticəsində yaranarsa çağırış və tənzimləmə üçün ödəniş tələb olunmur.

4.2 Texniki dəstəyin göstərilməsi üçün istifadəçi “Uninet”in əlaqə mərkəzi, xidmət mərkəzləri və ya CityNet tətbiqinin dəstək bölməsi vasitəsilə müraciət edə bilər.

4.3 Texniki dəstəyin göstərilməsinə dair sifariş “Uninet” tərəfindən qəbul olunduqdan sonra aparılan araşdırma nəticəsində aşkar edilsə ki, texniki problem abunəçinin səhvi nəticəsində baş verib, texniki dəstəyin göstərilməsi məqsədilə texniki heyətin hər çağırışı üçün xidmət haqqı 5 (beş) manat təşkil edir.  

4.4. Abunəçinin kabel xəttində hər hansı səbəbdən qırılma və ya zədələnmə halları baş veribsə, xəttin bərpası üçün texniki heyətin hər çağırışı üçün xidmət haqqı 10 (on) manat təşkil edir.

4.5  “Uninet” tərəfindən abunəçinin istifadəsinə verilmiş son avadanlığın təmiri ödənişli qaydada Abunəçinin vəsaiti hesabına həyata keçirilir. Son avadanlığın təmiri mümkün olmadıqda, son avadanlıq yenisi ilə əvəz edilmir.

 

5. Dayandırılmış xidmətin abunəçinin müraciəti əsasında bərpası (“Bərpa əməliyyatı”)


5.1  Bərpa əməliyyatı üçün abunəçi və ya onun səlahiyyətli nümayəndəsi şəxsiyyətini təsdiq edən sənədlə xidmət mərkəzləri, həmçinin əlaqə mərkəzi və ya CityNet tətbiqinin dəstək bölməsi vasitəsilə müraciət  edə bilər.


5.2.  Bərpa əməliyyatı üçün abunəçinin ünvanında texniki dəstəyin göstərilməsinə ehtiyac olmazsa, abunəçi tərəfindən yalnız abunə haqqı ödənildikdən sonra xidmət bərpa edilir. 


5.3 Bərpa əməliyyatına dair müraciət qəbul olunduqdan sonra aparılan araşdırma nəticəsində aşkar edilsə ki, bərpa əməliyyatı üçün texniki heyət abunəçinin ünvanında müvafiq işlər aparmalıdır, bu məqsədilə texniki heyətin çağırışı və (və ya) texniki heyətin çağırışı kabel çəkilməsi üçün 27.01.2024-ci il tarixindən etibarən ödənişsizdir.


5.4.   Əgər bərpa əməliyyatı abunəçinin ünvanında həyata keçirilirsə, o zaman abunəçi “Uninet”in texniki heyətinə öz şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir.


5.5   Bərpa əməliyyatı bu barədə müraciət “Uninet”ə daxil olduqdan sonra 2 (iki) iş günü ərzində həyata keçirilir. 


 

6.         Müvəqqəti dayandırma

 

6.1   Abunəçi “Uninet” tərəfindən təqdim edilən xidmətlərdən istifadəni müvəqqəti olaraq dayandırmaq üçün şəxsiyyətini təsdiq edən sənədlə “Uninet”in xidmət mərkəzləri, həmçinin əlaqə mərkəzi və ya CityNet tətbiqinin dəstək bölməsi vasitəsilə müraciət  edə bilər.

 

6.2  Xidmətlərin müvəqqəti dayandırma müddəti ən azı 1 (bir) ay, ən çoxu isə 4 ay müddəti üçün ola bilər.

 

6.3  Xidmətlərin müvəqqəti dayandırılması üçün haqq aylıq 1 (bir) manat təşkil edir.

 

 

7.         Xidmətlərin ləğv edilməsi


7.1.  Müqaviləyə xitam verildikdə, Müqavilənin 11.4-cü maddəsinə əsasən “Uninet” tərəfindən Abunəçinin istifadəsinə verilmiş avadanlıqlar “Uninet”in www.citynet.az ünvanlı rəsmi internet səhifəsində müəyyən edilən Qaydalara uyğun olaraq, Müqaviləyə xitam verilməsi tarixindən sonra 20 (iyirmi) təqvim günü ərzində Abunəçi tərəfindən “Uninet”ə qaytarılmalıdır və ya bu öhdəliyi pozduğuna görə, avadanlıqların qaytarılması üçün müəyyən edilmiş 20 (iyirmi) təqvim günündən ibarət müddət bitdikdən sonrakı 5 (beş) təqvim günü ərzində Qaydalara əsasən müəyyən edilmiş məbləğdə Abunəçi tərəfindən “Uninet”ə cərimə (dəbbə pulu) ödənilməlidir. Abunəçi bu öhdəliyini icra etmədikdə, “Uninet” Abunəçidən cərimə (dəbbə pulu) məbləğinin tutulması üçün qanunvericiliklə nəzərdə tutulmuş hüquqi tədbirlər görmək hüququna malikdir.


Cihazlar

Təhvil tarixindən

0-12 ay keçdikdə

Təhvil tarixindən

13-18 ay

keçdikdə

Təhvil tarixindən

19-24 ay

keçdikdə

Təhvil tarixindən

25-30 ay

keçdikdə

Təhvil tarixindən

31-36 ay

keçdikdə

Təhvil tarixindən

37-42 ay

keçdikdə

Təhvil tarixindən

43-48 ay

keçdikdə

FTTX

65 AZN

49 AZN

41 AZN

33 AZN

24 AZN

16 AZN

8 AZN

GPON Huawei

99 AZN

74 AZN

62 AZN

50 AZN

37 AZN

25 AZN

12 AZN

GPON Nokia

105 AZN

79 AZN

66 AZN

53 AZN

39 AZN

26 AZN

13 AZN

FTTX+STB

123 AZN

92 AZN

77 AZN

62 AZN

46 AZN

31 AZN

15 AZN

GPON Nokia+STB

158 AZN

119 AZN

99 AZN

79 AZN

59 AZN

40 AZN

20 AZN

GPON Huawei+STB

164AZN

123 AZN

103 AZN

82 AZN

62 AZN

41 AZN

21 AZN

STB
65 AZN49 AZN41 AZN33 AZN24 AZN16 AZN8 AZN