KSM

item

“CityNet” internet provayderi olaraq təsis olunduğumuz gündən etibarən təqdim etdiyimiz qabaqcıl xidmətlərlə ölkəmizdə İKT sahəsinin, eləcə də biznes mühitinin inkişafı əsas hədəfimizdir.

Biz öz fəaliyyətimizdə əməkdaşlarımız, abunəçilərimiz və tərəfdaşlarımız üçün dayanıqlı firavanlıq yaratmaq istiqamətində çalışır, korporativ sosial məsuliyyət fəaliyyətinə önəm veririk.

Bizim üçün korporativ sosial məsuliyyət korporativ dəyərlərimizdən və fəaliyyətimizdən irəli gələrək ən müxtəlif sahələrdə cəmiyyətimizin, ölkəmizin inkişafına dayanıqlı töhfə vermək, KSM sahəsində tərəfdaşlarla səmərəli əməkdaşlıq etmək və hədəflərə çatmaqdır.

Biz Korporativ Sosial Məsuliyyət istiqamətində cəmiyyətimiz üçün fayda verə biləcək ən müxtəlif layihələrin icrasında maraqlıyıq və bütün maraqlı tərəfləri qarşılıqlı səmərəli əməkdaşlığa dəvət edirik.