Qayğı tarifləri yalnız müəyyən sosial kateqoriyalara aid abonentlər üçün nəzərdə tutulub. Bu tariflərdən aşağıdakı şəxslər yararlana bilər:
- 20 Yanvar hadisələri, Birinci və İkinci Qarabağ müharibələri zamanı şəhid olmuş şəxslərin ailə üzvləri;
- Birinci və İkinci Qarabağ müharibələri nəticəsində I, II və III qrup əlilliyi olan şəxslər;
- 20 Yanvar hadisələri nəticəsində I, II və III qrup əlilliyi olan şəxslər;
- Əfqanıstan müharibəsi nəticəsində I, II və III qrup əlilliyi olan şəxslər;
- İkinci Dünya müharibəsi nəticəsində I, II və III qrup əlilliyi olan şəxslər;
- Çernobıl qəzası nəticəsində I, II və III qrup əlilliyi olan şəxslər;
- İkinci Dünya müharibəsinin iştirakçıları (veteranları);
- I qrup əlilliyi olan şəxslər;
Əgər bu kateqoriyalardan hər hansı birinə aidsinizsə və bunu rəsmi sənədlə təsdiq edə bilirsinizsə, Qayğı tariflərinə müraciət edə bilərsiniz.
Tarifə qoşulmaq üçün müvafiq təsdiqedici sənəd təqdim edilməlidir: veteran vəsiqəsi, əlilliyi təsdiq edən sənəd və ya şəhid ailəsi üzvü olduğunu təsdiq edən sənəd.