
Teymur Əsgərzadə
Teymur Əsgərzadə 15 ildən
artıqdır telekommunikasiya və informasiya texnologiyaları sahələrində fəaliyyət
göstərir. O, karyerası ərzində telekommunikasiya biznesinin idarə olunması,
strateji transformasiya, rəqəmsal infrastrukturun inkişafı, genişmiüyaslı layihə
və proqramların həyata keçirilməsi istiqamətlərində müxtəlif rəhbər vəzifələrdə
işləyib.
Teymur Əsgərzadə peşəkar fəaliyyətinə
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda
başlayıb. O, 2019–2023-cü illərdə Azerconnect şirkətində strateji layihələrin
idarə olunmasına rəhbərlik edib. Daha sonra citynet şirkətinin baş icraçı
direktoru (CEO) vəzifəsinə təyin olunub.
2024-cü ildə Facility
Management Group (FMG) şirkətinə baş direktorun layihələr üzrə müşaviri təyin
olunub, daha sonra icraçı direktorun vəzifələrinin müvəqqəti icrası ona həvalə
olunub. 2025-ci ilin yanvar ayında “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi”
İstehsalat Birliyində (Teleradio) baş direktorun müavini təyin edilib və eyni
zamanda baş direktorun vəzifələrini icra edib. 2026-cı ildə citynet-ə qayıdaraq
şirkətin baş icraçı direktoru (CEO) vəzifəsində fəaliyyətini davam etdirib.
Teymur Əsgərzadə Azərbaycan
Dövlət İqtisad Universitetində kommersiya və beynəlxalq iqtisadi münasibətlər
istiqaməti üzrə bakalavr və magistr təhsili alıb. 2011–2012-ci illərdə ABŞ-də
Corc Vaşinqton Universitetinin Biznes Məktəbində təhsilini davam etdirib.
Onun əsas peşəkar
kompetensiyalarına strateji idarəetmə, biznes transformasiyası, rəqəmsal
infrastrukturun inkişafı, layihə və proqramların idarə olunması, əməliyyatların
optimallaşdırılması və təşkilati inkişaf daxildir.