CityNet

item

"CityNet" internet provayderi 10 ildən çoxdur ki, ölkənin inkişaf edən informasiya və kommunikasiya texnologiyaları sektorunda abunəçilərə qabaqcıl texnologiyaya əsaslanaraq sabit internet və rəqəmsal televiziya xidmətləri təqdim edir.

Bakıda, Xırdalan və Sumqayıt şəhərlərinin bir neçə mərkəzi rayonunda, Masazır, Sahil, Ramana, Savalan və Novxanı qəsəbələrində, həmçinin Tovuz, Masallı və Lənkəran şəhərlərinin bir neçə kəndində abunəçilərə FTTB (binaya qədər optik şəbəkə) və FTTH (evə qədər optik şəbəkə) texnologiyaları əsasında yüksəksürətli internet, TV və ev telefonu xətti xidmətləri təqdim edən şirkət, daima əhatə dairəsini genişləndirir.

Yüskək ixtisalı mütəxəssislərdən ibarət peşəkar heyətə sahib olan, fərdi və korporativ sektorda fəaliyyət göstərən şirkət müştəri məmnuniyyəti, qabaqcıl texnologiyaların tətbiqi, keyfiyyətli xidmət və texniki dəstək kimi prinsipləri öz fəaliyyətində rəhbər tutur.

Hazırda “CityNet” internet provayderi abunəçilərə sərfəli tariflərlə 240-dan çox rəqəmsal televiziya kanalı (40 HD kanal daxil olmaqla), 100 mbit/san qədər internetə qoşulma imkanı, operativ texniki dəstək və xidmətlərə rahat qoşulma imkanı təqdim edir. Quraşdırılma xidməti abunəçilərə 24 saat ərzində təqdim edilir.

“CityNet” şirkəti daima öz abunəçilərini əlverişli tariflər və stimullaşdırıcı kampaniyaları ilə sevindirir.

Şirkətin təqdim etdiyi xidmətlərin hər hansı ünvanda mövcudluğunu şirkətin veb saytından yoxlamaq mümkündür. Qoşulma şərtləri, yeni və mövcud tariflər, kampaniyalar, həmçinin texniki dəstək üçün *1177 və (012) 5377777 nömrələri ilə əlaqə saxlamaq kifayət edir.