31.07.2023

1+1 kampaniyası

1+1 kampaniyası

Artıq CityNet xidmətlərinə yeni qoşulan və mövcud tariflərdən birini seçən müştərilər birinci ayın abunə haqqını ödəyərək ikinci ay seçilmiş tarifdən pulsuz istifadə edəcəklər. Kampaniyadan yalnız www.citynet.az veb saytı vasitəsilə xidmətlərə qoşulmaqla yararlanmaq mümkündür.

Yeni müştərilər şirkətin veb saytında müvafiq məlumatları daxil etməklə müxtəlif tarif paketindən birini seçərək qoşulma sorğusu göndərə və kampaniyadan yararlana bilərlər. 

CityNet-dən 1+1 kampaniyası məhdud müddətdə qüvvədə olmaqla yeni qoşulan abunəçilərə şamil olunacaqdır. Bu səbəbdən internet provayder müştərilərini bu əlverişli kampaniyadan yararlanmağa çağırır.

Kampaniya CityNet xidmətlərinin aktiv olduğu bütün ərazilərə və həm FTTB, həm də GPON texnologiyası ilə xidmətlərə qoşulan abunəçilərə şamil edilir.

CityNet yüksək sürətli sabit internet, telefon xətti və rəqəmsal TV xidmətləri təqdim edən və daim inkişaf edən internet provayderidir. Quraşdırılma xidməti abunəçilərə 24 saat ərzində təqdim edilir.

CityNet-ə yeni qoşulan abunəçilərə istifadə müddətində yeni nəsil TV cihazı və Wi-Fi ruter pulsuz təqdim olunur. Qoşulma şərtləri, yeni və mövcud tariflər, kampaniyalar, texniki dəstək, xidmətin hər hansı ünvanda mövcudluğu ilə bağlı şirkətin www.citynet.az veb saytında ətraflı məlumat əldə etmək mümkündür.