
Teymur Əsgərzadə
Teymur Əsgərzadə 15 ildən artıqdır telekommunikasiya və informasiya texnologiyaları sahələrində fəaliyyət göstərir. O, karyerası ərzində telekommunikasiya biznesinin idarə olunması, strateji transformasiya, rəqəmsal infrastrukturun inkişafı, genişmiüyaslı layihə və proqramların həyata keçirilməsi istiqamətlərində müxtəlif rəhbər vəzifələrdə işləyib.
Teymur Əsgərzadə peşəkar fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda başlayıb. O, 2019–2023-cü illərdə Azerconnect şirkətində strateji layihələrin idarə olunmasına rəhbərlik edib. Daha sonra citynet şirkətinin baş icraçı direktoru (CEO) vəzifəsinə təyin olunub.
2024-cü ildə Facility Management Group (FMG) şirkətinə baş direktorun layihələr üzrə müşaviri təyin olunub, daha sonra icraçı direktorun vəzifələrinin müvəqqəti icrası ona həvalə olunub. 2025-ci ilin yanvar ayında “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyində (Teleradio) baş direktorun müavini təyin edilib və eyni zamanda baş direktorun vəzifələrini icra edib. 2026-cı ildə citynet-ə qayıdaraq şirkətin baş icraçı direktoru (CEO) vəzifəsində fəaliyyətini davam etdirib.
Teymur Əsgərzadə Azərbaycan Dövlət İqtisad Universitetində kommersiya və beynəlxalq iqtisadi münasibətlər istiqaməti üzrə bakalavr və magistr təhsili alıb. 2011–2012-ci illərdə ABŞ-də Corc Vaşinqton Universitetinin Biznes Məktəbində təhsilini davam etdirib.
Onun əsas peşəkar kompetensiyalarına strateji idarəetmə, biznes transformasiyası, rəqəmsal infrastrukturun inkişafı, layihə və proqramların idarə olunması, əməliyyatların optimallaşdırılması və təşkilati inkişaf daxildir.