
Teymur Əsgər-zadə
Teymur
Əsgər-zadə telekommunikasiya və informasiya texnologiyaları sahələrində 15 ildən
artıq təcrübəyə malikdir. O, karyerası ərzində biznesin idarə olunması,
strateji transformasiya, rəqəmsal infrastrukturun inkişafı və genişmiqyaslı
layihələrin həyata keçirilməsi üzrə rəhbər vəzifələrdə çalışıb.
Peşəkar
fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları
İnstitutunda başlayıb. 2019–2023-cü illərdə Azerconnect Group şirkətində
strateji layihələrin idarə olunmasına rəhbərlik edib, daha sonra citynet-in baş
icraçı direktoru (CEO) vəzifəsində çalışıb.
2024-cü
ildə Facility Management Group (FMG) şirkətində baş direktorun layihələr üzrə
müşaviri təyin olunub, daha sonra icraçı direktorun vəzifələrini müvəqqəti icra
edib. 2025-ci ilin yanvarında “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi”
İstehsalat Birliyinin (Teleradio) baş direktorunun müavini təyin edilib və baş
direktorun vəzifələrini icra edib. 2026-cı ildə citynet-ə qayıdaraq CEO vəzifəsində
fəaliyyətini davam etdirib.
Azərbaycan
Dövlət İqtisad Universitetində bakalavr və magistr təhsili alıb, 2011–2012-ci
illərdə ABŞ-də Corc Vaşinqton Universitetinin Biznes Məktəbində təhsilini davam
etdirib.
Onun
əsas peşəkar kompetensiyalarına strateji idarəetmə, biznes transformasiyası, rəqəmsal
infrastrukturun inkişafı, layihələrin idarə olunması, əməliyyatların
optimallaşdırılması və təşkilati inkişaf daxildir.