Hörmətli abunəçilər,
19.09.2025-ci il tarixindən etibarən göstərilən xidmətlərin keyfiyyətinin və müştəri məmnuniyyətinin daha da yüksəldilməsi məqsədilə ödəniş qaydalarında yenilik tətbiq olunacaq. Aylıq ödəniş abunəçi tərəfindən gecikdirildiyi təqdirdə internet xidməti 10 gün müddətində məhdud sürətlə təqdim olunacaq. Güzəşt müddəti bitdikdən sonra ödəniş həyata keçirildiyi halda, tarif üzrə abunə haqqının hesablanması ödənişin edildiyi tarixdən başlayacaq.