Citynet ilə rahat onlayn oyun üçün nələr vacibdir?
İnternet sürəti02.09.2026

Onlayn oyunda sürətli reaksiya, düzgün qərar və diqqət qədər internet bağlantısının keyfiyyəti də önəmlidir. Axı oyunun gedişində hər saniyə həlledici ola bilər.
Verdiyiniz əmrin gec yerinə yetirilməsi, görüntünün donması və ya bağlantıda yaranan qısa fasilələr oyun prosesinin axıcılığına və nəticəsinə birbaşa təsir edir.
Buna görə onlayn oyunlar üçün internet seçərkən və ev şəbəkəsini qurarkən dörd əsas amili nəzərə almaq vacibdir: internet sürəti, bağlantının stabilliyi, ping göstəricisi və ev şəbəkəsinin düzgün qurulması.
İnternet sürəti – əsas faktorlardan biri
İnternet sürəti, əlbəttə ki, rahat onlayn oyun üçün ən vacib amillərdən biridir. Bununla yanaşı, evdə internet bağlantısından yalnız oyun üçün deyil, digər cihaz və onlayn fəaliyyətlər üçün də istifadə olunduğunu nəzərə almaq vacibdir.
Siz onlayn oyun oynayarkən evdə internetdən istifadə davam edir: başqa otaqda serial izlənə, böyük fayllar yüklənə və ya digər cihazlarda da onlayn fəaliyyətlər aktiv ola bilər. Bu zaman internet bağlantısının imkanları bütün bu istifadə ssenariləri arasında bölüşdürülür və şəbəkəyə düşən ümumi yük artır.
Belə hallarda yüksək sürətli internet paketi bu yükü daha rahat qarşılamağa imkan verir. Citynet-in ən yüksək sürət imkanlarını təqdim edən Rahat 500 və Rahat 1000 tarifləri aktiv oyunçular üçün xüsusilə uyğun seçimdir: evdə internet müxtəlif məqsədlər üçün intensiv istifadə olunsa belə, oyun prosesinin rahat davam etməsi üçün kifayət qədər sürət ehtiyatı yaradır. Rahat 500 və Rahat 1000 tarifləri ilə tanış olmaq və onları əldə etmək üçün keçidə daxil olun.
Stabil internet bağlantısı
Rahat geyminq üçün yüksək sürətlə yanaşı stabil internet bağlantısı da vacibdir. Bağlantıda yaranan qısa fasilələr və ya məlumat ötürülməsində gecikmələr oyun zamanı görüntünün donmasına, hərəkətlərin gec yerinə yetirilməsinə və oyunun axıcılığının pozulmasına səbəb ola bilər.
Stabil bağlantı isə oyunun daha axıcı davam etməsinə və diqqətinizi tam olaraq oyun prosesinə yönəltməyə imkan verir.
Aşağı ping
Ping cihazınızla oyun serveri arasında məlumatın nə qədər tez gedib-gəldiyini göstərir. Ping nə qədər aşağıdırsa, oyundakı hərəkətləriniz serverə bir o qədər tez çatır.
Bu göstərici xüsusilə sürətli reaksiya tələb edən multiplayer və rəqabətli onlayn oyunlarda daha çox hiss olunur.
Oyun serverinin yerləşməsi də önəmlidir
Ping göstəricisinə yalnız ev şəbəkəsi deyil, qoşulduğunuz oyun serverinin yerləşdiyi yer də təsir edir. Server sizdən nə qədər uzaqda yerləşirsə, məlumatın gedib-gəlməsi də bir o qədər çox vaxt apara bilər.
Əgər oyun server seçmək imkanı verirsə, coğrafi olaraq sizə daha yaxın olan serveri seçmək ping göstəricisini azaltmağa və oyunda daha sürətli reaksiya əldə etməyə kömək edə bilər.
Ethernet, yoxsa Wi-Fi?
Oyun kompüteri və ya konsolu ruterə yaxın yerləşirsə, Ethernet kabeli stabil bağlantı üçün yaxşı seçimdir.
Kabeldən istifadə etmək rahat deyilsə, güclü Wi-Fi bağlantısı ilə də rahat oynamaq mümkündür. Bu halda Wi-Fi 6 ruter şəbəkə resurslarından daha səmərəli istifadə etməyə və bir neçə cihaz aktiv olduqda bağlantının stabilliyini qorumağa imkan verir.
Citynet-in təqdim etdiyi TP-Link EX520 və Huawei HG8145X6-10 modellərinin hər ikisi Wi-Fi 6 texnologiyasını dəstəkləyir. Bu ruter modelləri ilə tanış olmaq və onları əldə etmək üçün citynet-in cihazlar bölməsinə keçin
Şəbəkədəki digər fəaliyyətləri nəzərə alın
Oyun zamanı başqa cihazlarda böyük faylların yüklənməsi, yüksək keyfiyyətli video izlənməsi və ya avtomatik yeniləmələr şəbəkəyə əlavə yük yarada bilər.
Oyuna başlamazdan əvvəl ehtiyac olmayan böyük yükləmələri və arxa fonda işləyən prosesləri dayandırmaq onlayn oyun təcrübəsini daha rahat edə bilər.
Oyuna hazırsınız?
Rahat onlayn oyun üçün əsas formula sadədir: yüksək sürət, aşağı ping, stabil internet bağlantısı və düzgün qurulmuş ev şəbəkəsi.
Bütün bu amillər yerində olduqda internet bağlantısında yarana biləcək problemlər barədə düşünməyə ehtiyac qalmır – siz rahatlıqla oyuna tam qərq olub bütün diqqətinizi oyun prosesinə yönəldə bilərsiniz. Etibarlı internet isə bu yolda sizə dəstək olaraq oyundan daha çox zövq almağa və qələbəyə doğru inamla irəliləməyə imkan verir.