İstifadə şərtləri

Bu İstifadə Şərtləri (“İŞ”) sizinlə (“Siz”/ “İstifadəçi”/ “Müştəri”) və CityNet TV veb-saytının/tətbiqinin və həmin veb saytda/tətbiqdə əldə edilə bilən xidmətlərin (“Xidmətlər”) təminatçısı olan “Uninet” MMC (“CityNet TV”/ “Şirkət”/ “Biz”/ “Bizim”/ “Bizə”) arasında razılaşmanı təşkil edir. . Bu Şərtlər sizin Xidmətlərimizə girişinizi və/və ya istifadənizi tənzimləyir və bütün CityNet TV veb-saytına, mobil tətbiqinə və Sizinlə CityNet TV arasında istənilən e-poçt və ya digər rabitə növlərinə şamil edilir. 

Xidmətlərimizə hər hansı şəkildə daxil olmaqla, istifadə etməklə və ya qeydiyyatdan keçməklə, Siz aşağıda qeyd olunan bütün  istifadə şərtlərini başa düşdüyünüzü və bu şərtlərlə razı olduğunuzu bildirirsiniz.

1. Anlayışlar

“Ödəniş Metodu” - bizim tərəfimizdən vaxtaşırı yenilənə və CityNet TV Platformasında nümayiş edilə bilən Üzvlük haqqının ödənilməsi üçün hazırda qüvvədə olan, qəbul edilmiş ödəniş üsulu deməkdir. Ödəniş sizin hesabınızdan üçüncü tərəf ödəniş prosessoru vasitəsilə yerinə yetirilə bilər.

2. Məzmunun İstifadəsi 

2.1 Yaş Tələbləri

Xidmətlərə abunə olmaq üçün ən azı 18 yaşınız olmalıdır. Yetkinlik yaşına çatmayanlar (18 yaşdan aşağı) Xidmətlərdən yalnız böyüklərin birbaşa nəzarəti altında istifadə edə bilərlər. 

2.2 Hesaba Giriş və Məzmunun İstifadəsi: 

1.  Şəxsi və Qeyri-Kommersiya İstifadəsi: CityNet TV abunəliyi və Xidmətlər vasitəsilə əldə edilən hər hansı məzmun yalnız şəxsi, qeyri-kommersiya istifadəsi üçün nəzərdə tutulur. Xüsusi abunə planında başqa qaydada icazə verilmədiyi halda, məzmunu ailənizdən kənar şəxslərlə paylaşmaq qadağandır.

2.  Məhdud Lisenziya: Abunəlik müddətində CityNet TV sizə CityNet TV xidmətinə və onun məzmununa daxil olmaq üçün məhdud, qeyri-eksklüziv və ötürülə bilməyən hüquq verir. Bu giriş xaricində sizə heç bir əlavə hüquq, mülkiyyət və ya maraq verilmir.

3.  İctimai çıxışın qadağan edilməsi: Siz Xidmətdən ictimai çıxışlar üçün istifadə etməyəcəyinizə dair razılaşırsınız. 

2.3 Coğrafi Məhdudiyyətlər və Məzmunun Əlçatanlığı 

1.  Giriş məkanı: Siz ilk növbədə hesabınızı yaratdığınız ölkə daxilində və abunə planınızın təklif olunduğu və məzmunun lisenziyalaşdırıldığı coğrafi məkanlarda CityNet TV məzmununa daxil ola bilərsiniz. 

2.  Məzmun Dəyişikliyi: Məzmun siyahısı coğrafi yerləşmədən və zamandan asılı olaraq dəyişilə bilər. Reklamla dəstəklənən abunə planlarında bütün məzmun mövcud olmaya bilər.

3.  Cihaz məhdudiyyətləri: CityNet TV məzmununu eyni vaxtda yayımlaya biləcəyiniz cihazların sayı seçdiyiniz abunə planından asılıdır və “Hesab” Səhifənizdə göstərilmişdir. 

2.4 Xidmətdə və Məzmunda Edilən Yeniləmələr 

1.  Müntəzəm Yeniləmələr: CityNet TV məzmun siyahısı da daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, Xidmətləri müntəzəm olaraq yeniləyir.

2.  Funksiya Testi: Biz istifadəçi interfeysləri, veb-saytlar və tanıtım funksiyaları daxil olmaqla, xidmətin müxtəlif aspektləri üzrə testlər keçirə bilərik. İstənilən vaxt “Hesab” Səhifəsinin parametrləri vasitəsilə bu testlərdən imtina edə bilərsiniz. 

2.5 Oflayn Baxış  

1.  Məhdud Əlçatanlıq: Müəyyən abunə planları uyğun cihazlarda müvəqqəti yükləmə və oflayn baxış məqsədilə CityNet TV məzmununu seçmək üçün ödəniş tələb edə bilər (“Oflayn Başlıqlar”).

2.  Yükləmə Məhdudiyyətləri: Oflayn Başlıqlara, o cümlədən aşağıdakılara məhdudiyyətlər tətbiq edilir: 

1.  Hesab üzrə yükləmələrin sayı;

2.  Yükləmələri saxlayan cihazların maksimum sayı;

3.  Yükləmə başlandıqdan sonra baxış pəncərəsi;

4.  Oflayn əlçatanlıq müddəti. 

3.  Coğrafi Məhdudiyyətlər: Oflayn Başlıqlar müəyyən ölkələrdə nümayiş olunmaya bilər. Yükləmə məzmununun yayımının mümkün olmadığı ölkəyə səyahət edirsinizsə, orada olarkən oflayn başlığa daxil ola bilməzsiniz.

3. Ödəniş və Abunəliklər

3.1 Abunəlik Seçimləri

İstəyinizə uyğun müxtəlif abunə planları ilə CityNet TV-dən faydalanın. Planlara aşağıdakılar daxil ola bilər. Biz əvvəlcədən xəbərdarlıq etməklə planları və qiymətləri dəyişdirmək hüququnu özümüzdə saxlayırıq. 

1.  Reklamlı planlar: Bu planlar Xidmətlərin tam çeşidinə daxil olmağa imkan verir, lakin burada kommersiya fasilələri, reklamlar və digər tanıtım mesajları ola bilər.

2.  Reklamsız planlar: Bu planlar reklamları məhdudlaşdırmaqla fasilələri minimuma endirməyi hədəfləyir. Bununla belə, nəzərə alın ki, bu planlarda brend məzmunu və ya sponsorluq mesajları kimi bəzi məhdud kommersiya məzmunu yer ala bilər. 

3.2 Abunə müddəti

CityNet TV-yə üzvlüyünüz (“Üzvlük”) bu Şərtlərəə uyğun olaraq sizin tərəfinizdən xitam verilənə və ya Üzvlüyünüzü yeniləmədiyiniz halda təyin etdiyiniz Üzvlük müddəti bitənə qədər qeyri-müəyyən müddətə davam edəcək. 

3.3 Giriş Tələbləri

“Xidmətlər”ə daxil olmaq və istifadə etmək üçün  tələb olunur:

1. İnternetə çıxış: işləyən və etibarlı internet bağlantısı; və

2. CityNet TV olan Cihaz: Xidmətlərə uyğun olan cihaz.3.4 Tədbirlərin birbaşa yayımı, Xüsusi Tədbirlər və Yeni Funksiyalar  

CityNet TV birbaşa yayımlara və ya xüsusi tədbirlərə, o cümlədən bu kimi məzmunun təkrar nümayişinə giriş təklif edə və ya vaxtaşırı yeni funksiyalar təqdim edə bilər. Seçdiyiniz abunə planınızdan asılı olmayaraq, bu təkliflərdə reklamlar ola bilər. 

3.5 Üçüncü Tərəf Abunəlikləri

Bəzi CityNet TV abunəlikləri üçüncü tərəf təminatçıları ilə əməkdaşlıq şəraitində təklif olunur. Həmin təminatçılar abunəliyə öz məhsul və xidmətlərini daxil edə bilərlər. Bu abunəliklərin standart CityNet TV planlarından fərqli olan xüsusi şərtləri ola bilər.

3.6 CityNet TV Üzvü vasitəsilə abunəliklər

Əgər siz CityNet TV Kanalının abunəçisisinizsə, siz avtomatik olaraq bu abunəliklərə daxil olacaqsınız.

3.7 Abunəliklər ilə bağlı məlumatlar və Giriş

Siz tv.citynet.az ünvanında yer alan veb saytımıza daxil olaraq və “Hesab” linkinə klikləyərək, CityNet TV ilə bağlı xüsusi abunə planı, o cümlədən hər hansı məhdudiyyət və ya şərtlər barədə ətraflı məlumatı əldə edə bilərsiniz.

4. Hesablaşma və Ləğv etmə  

4.1 Ödəniş üsulları

1. Ödəniş üçün İcazə: Üzvlüklə bağlı abunə haqqının (“Abunə haqqı”) ödənişi üçün seçdiyiniz Ödəniş Üsulu ilə sizə ödəniş tətbiq edilməsinə icazə verirsiniz. Bu icazə Hesablaşma dövründə ("Hesablaşma Tarixi") təkrarlanan əsasda verilir. 

4.2 Hesablaşma dövrü 

1.  Abunə haqqı: Xidmət haqqı "Hesab" səhifənizdə göstərilən konkret ödəniş tarixində seçdiyiniz Ödəniş Üsulu ilə tutulacaq.

2.  Hesablaşma dövrünün müddəti: Hesablaşma dövrünün müddəti qeydiyyat zamanı seçdiyiniz abunə planından asılıdır.

3.  Ödəniş Tarixində Dəyişikliklər: Nadir hallarda ödəniş tarixiniz dəyişə bilər. Bu, (i) Ödəniş Metodundan imtina edilməsi, (ii) Abunə planında dəyişikliklər, (iii) Bir ay ərzində qeyri-standart tarixdə başlayan ilkin abunə ilə əlaqədar baş verə bilər.

4.  Növbəti Ödəniş Tarixinə Baxış: tv.citynet.az saytımıza daxil olun və növbəti ödəniş tarixi ilə tanış olmaq üçün “Hesab” səhifənizdəki “Hesablaşma təfərrüatları” bölməsinə keçin. 

4.3 Ödəniş üsulları 

1.  Tələb: Xidmətlərdən istifadə etmək üçün siz ən azı bir etibarlı Ödəniş Metodu təqdim etməlisiniz.

2.  İkinci Dərəcəli Ödəniş üçün İcazə: Əgər əsas Ödəniş Metodunuz rədd edilibsə və ya abunə haqqının ödənilməsi üçün əlçatan deyilsə, siz CityNet TV-yə hesabınızla əlaqəli hər hansı ikinci Ödəniş Üsulunu tətbiq etməyə icazə verirsiniz. 

3.  Alınmamış Məbləğlərə görə Məsuliyyət: Ödəniş uğursuz olsa belə, siz hər hansı ödənilməmiş xərclərə görə məsuliyyət daşıyırsınız.

4.  Ödənişin yerinə yetirilməməsinə görə xidmətin dayandırılması: Müddətin bitməsi, kifayət qədər vəsait olmaması və s. səbəblərə görə ödəniş uğursuz olarsa və hesabınız ləğv edilməzsə, etibarlı Ödəniş Metodu uğurla tətbiq edilənə qədər CityNet TV xidmətlərə girişi dayandıra bilər.

5.  Üçüncü Tərəfin Ödəniş ÜsuluXərcləri: Xarici əməliyyat xərcləri kimi müəyyən rüsumlar Ödəniş Üsulu təminatcısı tərəfindən tətbiq oluna bilər. Tətbiq olunan vergi xərcləri də seçilmiş metoddan asılı olaraq dəyişə bilər. Geniş məlumat üçün Ödəniş Metodu üzrə xidmət təminatçınıza müraciət edin. 

4.4 Ödəniş üsullarının yenilənməsi  

tv.citynet.az saytına daxil olaraq Ödəniş Üsullarını yeniləyə bilərsiniz. CityNet TV həmçinin ödəniş xidməti təminatçılarından əldə olunan məlumatlardan istifadə edərək Ödəniş Üsullarınızı yeniləyə bilər. İstənilən yeniləmədən sonra siz CityNet TV-yə müvafiq Ödəniş Üsulu(üsulları) ilə ödənişi tətbiq etməyə icazə verirsiniz.  

4.5 Ləğv etmə  

İstənilən vaxt CityNet TV Abunəliyinizi ləğv etmək hüququnuz var. Ləğvetmədən sonra cari hesablaşma dövrünün sonuna qədər sizin Xidmətlərə girişiniz aktiv olacaq. Nəzərə alın ki:

1. Ödənişlər geri qaytarılmır.

2. CityNet TV abunə müddətlərinin istifadə olunmamış hissələri və ya daxil olmadığınız CityNet TV məzmunu üçün geri ödəniş və ya kredit təklif etmir. 

Ləğvetmə ilə bağlı təlimatlar "Hesab" Səhifəsində yer alır. Abunəliyiniz ləğv edildikdə, cari hesablaşma dövrünün sonunda hesabınız avtomatik bağlanacaq. “Hesab” səhifəsində hesabınızın bağlanma tarixi ilə bağlı məlumat verilir. 

4.6 Üçüncü Tərəf Abunəlik Qeydi ilə Ləğv etmə

Ödəniş Metodu kimi üçüncü tərəf hesabından istifadə edərək CityNet TV-yə abunə olmusunuzsa, ləğvetmənin həmin platforma vasitəsilə həyata keçirilməsi tələb edilə bilər. Bu, müvafiq üçüncü tərəf hesabınıza daxil olaraq onların interfeysi vasitəsilə avtomatik yeniləməni və ya Xidmətlərə abunəliyin dayandırılmasını əhatə edə bilər. 

4.7 Qiymət və Abunə Planında Dəyişikliklər

CityNet TV abunə planlarını və xidmət qiymətlərini vaxtaşırı dəyişdirmək hüququnu özündə saxlayır. Abunəlik planınızda hər hansı düzəlişlər və ya qiymət dəyişikliyi barədə əvvəlcədən sizə bildiriş təqdim edilir. Qiymətdə və ya abunə planında edilən dəyişiklikdən imtina edirsinizsə, dəyişikliklər qüvvəyə minməzdən əvvəl abunəliyinizi ləğv edə bilərsiniz. 

5. Tanıtım  

5.1 Təklifin mövcudluğu

CityNet TV öz mülahizəsinə əsasən xüsusi tanıtımlar, planlar və ya abunəliklər təklif edə bilər (“Təkliflər”). Sizin uyğun olmadığınızı müəyyən etsək, Təklifi ləğv etmək və hesabınızı dayandırmaq hüququnu özümüzdə saxlayırıq. 

5.2 Təkliflər üçün uyğunluq 

Təkliflər üçün uyğunluq CityNet TV tərəfindən müəyyən edilir. Mövcud və ya son CityNet TV abunəçiləri müəyyən giriş təklifləri üçün uyğun olmaya bilər.

5.3 Uyğunluğun müəyyən edilməsi

CityNet TV sizin Təkliflərə uyğunluğunuzu müəyyən etmək üçün müxtəlif üsullardan istifadə edə bilər, o cümlədən:

1.  Cihaz ID;

2.  Ödəniş metodu;

3.  Hesab üzrə E-poçt ünvanı (mövcud və ya son CityNet TV abunəsi ilə istifadə olunur).

5.4 Şərtlərin Açıqlanması 

Xüsusi uyğunluq tələbləri, məhdudiyyətlər və hər bir Təklifə şamil edilən digər şərtlər qeydiyyat zamanı və ya ayrıca bildiriş vasitəsilə aydın şəkildə açıqlanacaq.

6. İstifadəçi Davranışı

6.1 Qadağan olunmuş fəaliyyətlər:

CityNet TV tərəfindən açıq şəkildə icazə verilmədiyi təqdirdə, xidmətlərdən istifadə edərkən aşağıdakı fəaliyyətlərdən çəkinməlisiniz: 

1.  Məzmun üzrə məhdudiyyətlər: Siz Xidmətlərdən əldə edilmiş məzmun və məlumatları hər hansı icazəsiz şəkildə arxivləşdirə, çoxalda, yaya, dəyişdirə, nümayiş etdirə, icra edə, dərc edə, lisenziyalaşdıra, onlar üzrə törəmə materiallar yarada, satışa təklif edə və ya istifadə edə bilməzsiniz.

2.  Təhlükəsizlik tədbirlərinin qarşısının alınması: Siz istifadəçi interfeysi, reklam, müəllif hüququ bildirişləri və ticarət nişanları daxil olmaqla, məzmunun mühafizəsi üzrə hər hansı tədbirləri və ya Xidmətlərin digər elementlərini silə, dəyişdirə, deaktiv edə, zəiflədə, bloklaya, gizlədə və ya qarşısını ala bilməzsiniz. 

3.  İcazəsiz Giriş Vasitələri: Xidmətlərə daxil olmaq üçün robotlar, “hörümçək”lər və ya skraperlər kimi hər hansı avtomatlaşdırılmış alətlərdən istifadə qadağandır.

4.  Əks Mühəndislik (rekonstruksiya): Xidmətlərlə əlaqəli hər hansı proqram təminatının və ya prosesin dekompilyasiyası, əks mühəndisliyi və ya sökülməsi qadağandır.

5.  Məzmunun Manipulyasiyası: Kodun, məhsulların daxil edilməsi və ya Xidmətlərin məzmununun hər hansı şəkildə manipulyasiyası qadağandır.

6.  Məlumatların əldə edilməsi: Məlumatların axtarışı, toplanması və ya əldə edilməsi üsulları qadağandır. 

7.  Zərərli yükləmələr: Proqram virusları və ya zərərli kod daxil olmaqla, Xidmətin və ya əlaqədar avadanlığın funksionallığını pozmaq, məhv etmək və ya məhdudlaşdırmaq üçün nəzərdə tutulmuş hər hansı materialın yüklənməsi, yerləşdirilməsi, e-poçtla göndərilməsi və ya ötürülməsi qəti qadağandır. 

6.2 Xidmətə xitam verilməsi 

1.  Bu Şərtlər  pozulduqda, yaxud da sizin Xidmətlərdən istifadəniz qanunsuz və ya saxta hesab edildikdə, CityNet TV Xidmətlərə girişinizi (hər hansı bir xəbərdarlıq və ya məsuliyyət olmadan) dayandırmaq və ya məhdudlaşdırmaq hüququnu özündə saxlayır. CityNet TV xidmətin dayandırılması üçün məsuliyyət daşımır və bundan başqa, CityNet TV bu Şərtlərin pozulmasına görə müdafiə vasitəsindən istifadə etmək hüququna malik ola bilər.   

2.  Siz istənilən vaxt Hesabınızı bağlamaqla, Xidmətlərə hər hansı girişi və ya Xidmətlərin istifadəsini dayandırmaqla bu Şərtləri ləğv edə bilərsiniz. 

3.  Hesabınız qeyri-aktivdirsə, biz sizin hesabınızı bağlaya və ya dayandıra bilərik. 

7. İmtina  

7.1 Bəyanat və Zəmanətlərdən İmtina

Xidmətlərlə bağlı məlumat və materiallar sizə yalnız məlumat məqsədləri üçün və “olduğu kimi” və “mövcud olduqda” təqdim edilir. CityNet TV Məzmunla bağlı heç bir bəyanat, zəmanət və ya təminat vermir. 

7.2 Məzmunun nümayişində dəyişikliklər

CityNet TV məzmununun nümayiş keyfiyyəti cihazınızdan və bir neçə amildən, o cümlədən aşağıdakılardan asılı olaraq dəyişə bilər: 

1.  Yerləşmə məkanı: CityNet TV serverlərindən coğrafi məsafə yayın keyfiyyətinə təsir edə bilər.

2.  İnternetə qoşulma sürəti: Ötürmə həcmi məhdudiyyətləri videonun ayırdedilmə xüsusiyyətinə və qüsursuz nümayişinə təsir göstərə bilər. 

Bundan əlavə, CityNet TV Məzmunun dəqiq və xətasız olduğuna dair heç bir bəyanat, zəmanət və ya təminat vermir. 

7.3 HD, Ultra HD və HDR əlçatanlığı 

1.  Bu yüksək ayırdedilmə formatlarının mövcudluğu internet provayderinizin imkanlarından və cihazınızın texniki xüsusiyyətlərindən asılıdır.

2.  Bütün məzmun bu formatlarda təklif edilmir və bəzi abunə planlarında müəyyən giriş məhdudiyyətləri ola bilər. 

7.3 Tövsiyə olunan İnternet Sürətləri  

Optimal yayın üçün CityNet TV aşağıdakı minimum internet sürətlərini tövsiyə edir: 

1.  Standart görüntü aydınlığı (GA): Minimum sürət göstərilməyib

2.  Yüksək görüntü aydınlığı (HD): 720 və ya daha yüksək: hər yayın üçün 3,0 Mbps (minimum)

3.  Full HD – 1080p və ya daha yüksək: hər yayın üçün 5,0 Mbit/s

4.  Ultra HD (4K və ya daha yüksək): hər yayın üçün 15,0 Mbps

7.5 Xidmətin icrası üçün zəmanətlər 

CityNet TV Xidmətlərin fasilə, pozulma olmadan vaxtında və ya xətasız təmin ediləcəyinə dair zəmanət və ya təminat vermir. CityNet TV Platformada müntəzəm texniki xidmət göstərməlidir. Siz qəbul edirsiniz ki, texniki xidmət müddətində Platformaya daxil olmaqda problem yarana bilər və CityNet TV hər hansı belə giriş probleminə görə məsuliyyət daşımır. 

7.6 Fors-major 

CityNet TV hər hansı üçüncü tərəfin (məsələn, telekommunikasiya xidmətlərinin, internetə çıxış xidmətinin, kompüter avadanlıqlarının və ya proqram təminatının hər hansı təminatçısı) istənilən hərəkətinə və ya hərəkətsizliyinə, yaxud da CityNet TV-nin məqbul nəzarətindən kənar baş verən hər hansı hallara (məsələn, təbii fəlakət, müharibə, iğtişaş, tətil, mülki və ya hərbi qurumun qərarı, kompüter virusu, yaxud da avadanlıqların, elektrik, telekommunikasiya və ya digər kommunal xidmətlərin nasazlığı və ya kəsilməsi) görə məsuliyyət daşımır. 

7.7 İnternetə giriş haqqı

CityNet TV-dən istifadə ilə bağlı hər hansı internetə giriş haqqına görə siz məsuliyyət daşıyırsınız. Məlumatların istifadəsinə görə mümkün xidmət haqları barədə məlumat əldə etmək üçün internet xidməti təminatçınıza müraciət edin. 

7.8 Yayının başlama vaxtı

CityNet TV məzmununun nümayişinin başlanması üçün tələb olunan vaxt bir neçə amildən asılı olaraq dəyişə bilər, o cümlədən:

1.  Olduğunuz məkan

2.  Mövcud ötürmə həcmi

3.  Seçdiyiniz məzmun

7.9 CityNet TV tətbiqi barədə məlumat  

CityNet TV tətbiqi “Uninet” MMC tərəfindən işlənib hazırlanmışdır və “Uninet” MMC-nin mülkiyyətindədir və yalnız abunə hesabınız vasitəsilə CityNet TV məzmununun icazəli yayını və giriş üçün nəzərdə tutulub. Tətbiqin xüsusiyyətləri və funksiyaları cihazınızdan və platformanızdan asılı olaraq dəyişə bilər. Xidmətdən istifadə üçün həmin təminatçılarla ayrı-ayrı lisenziya müqavilələri əsasında üçüncü tərəf proqram təminatı tələb edilə bilər. Siz razılaşırsınız ki, CityNet TV tətbiqi və əlaqədar üçüncü tərəf proqram təminatı avtomatik yeniləmələri qəbul edə bilər.

8. Hesab və Təhlükəsizlik   

1.  Siz qəbul edirsiniz ki, hesabınıza təyin edilmiş şifrə (“Şifrə”) yalnız sizin istifadəniz üçün nəzərdə tutulub. Siz Şifrəni tam məxfi saxlamalı və onu heç bir üçüncü tərəfə açıqlamamalısınız.

2.  Siz başqa şəxsə və ya quruma ("İcazəli İstifadəçi") hesabınıza giriş icazəsi verə bilərsiniz. Bununla belə, siz qəbul edir və razılaşırsınız ki, İcazəli İstifadəçi sizin agentiniz kimi çıxış edəcək. Abunə planına edilən dəyişikliklər də daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, hesab daxilində İcazəli İstifadəçinin hər hansı və bütün hərəkətlərinə görə yalnız Siz məsuliyyət daşıyacaqsınız.

3.  İcazəsiz girişdən qorunmaq məqsədilə, siz Xidmətə daxil olmaq üçün istifadə edilən bütün cihazlara nəzarət etməlisiniz. Hesabla bağlı Ödəniş Üsulu və ya Şifrə barədə məlumatları heç bir üçüncü tərəfə açıqlamamalısınız.

4.  Siz hesabla bağlı bildirişlər almaq üçün hesabınıza aid dəqiq və aktual məlumatlar, o cümlədən, etibarlı e-poçt ünvanı təqdim etməlisiniz.

5.  CityNet TV sizi, CityNet TV-ni və ya tərəfdaşlarımızı şəxsi məlumatların ələ keçirilməsinə və digər saxtakarlıq fəaliyyətlərinə qarşı qorumaq üçün hesabınızı ləğv etmək və ya dayandırmaq hüququnu özündə saxlayır.

9. Xidmətlərdə Dəyişiklik və Yeniləmə 

1.  CityNet TV xəbərdarlıq etməklə və ya xəbərdarlıq etmədən və Sizin qarşısında heç bir məsuliyyət daşımadan Xidməti və ya onun qoşulduğu hər hansı xidməti müvəqqəti və ya daimi olaraq dəyişdirmək, dayandırmaq və ya saxlamaq hüququnu özündə saxlayır. 

2.  CityNet TV vaxtaşırı düzəlişlər, xətaların aradan qaldırılması, yeniləmələr, təkmilləşdirmələr və digər modifikasiyalar (birlikdə “Yeniləmələr” adlandırılır) vasitəsilə veb saytın/tətbiqin funksiyalarında və işində təkmilləşdirmələr və ya genişləndirmələr təqdim edə bilər. 

3.  Yeniləmələr Xidmətlərin müəyyən funksiyalarını və/yaxud xüsusiyyətlərini dəyişdirə və ya silə bilər.

4.  Siz başa düşürsünüz ki, CityNet TV (i) hər hansı Yeniləmələri təmin etmək və ya (ii) Sizə Xidmətlərin hər hansı xüsusiyyətlərini və/və ya funksiyalarını təqdim etmək və ya aktivləşdirmək öhdəliyi daşımır.

5.  Bundan əlavə, siz razılaşırsınız ki, bütün Yeniləmələr (i) Xidmətlərin ayrılmaz hissəsini təşkil edəcək və (ii) bu Şərtlər ilə tənzimlənəcək. 

6.  Siz qəbul edirsiniz ki, CityNet TV bu bəndin məqsədi üçün, əməliyyatın hər hansı gecikməsinə və ya ləğvinə görə heç bir məsuliyyət daşımır. 

10 Əlavə şərtlər 

10.1 Təhrik etmə hallarının qadağan olunması 

CityNet TV öz məzmunu ("Məzmun") üçün təhrikedici materialları və ya ideyaları qəbul etmir. CityNet TV öz Məzmunu və ona ötürülən hər hansı material və ya ideyalar arasında heç bir oxşarlığa görə məsuliyyət daşımır. 

10.2 Əqli Mülkiyyət 

Xidmətlər və onun bütün məzmunu, xüsusiyyətləri və funksionallığı, o cümlədən, lakin bununla məhdudlaşmayaraq, bütün məlumatlar, mətn, şəkillər, video və audio materiallar və onların dizaynı, təşkili (“Materiallar”) müstəsna olaraq “Uninet” MMC-yə, onun lisenziya verənlərinə və ya digər təminatçılara məxsusdur və Azərbaycanda və beynəlxalq miqyasda tətbiq edilən müəlliflik hüququ, patent, ticarət nişanı, kommersiya sirri və digər mülkiyyət və ya əqli mülkiyyət qanunları ilə qorunur. Tətbiq və Xidmətlərlə əlaqəli bütün digər ticarət nişanları, loqolar, xidmət nişanları, ticari adlar, ticari sirlər və digər əqli mülkiyyətlər də “Uninet” MMC-nin və həmin mülkiyyətlərin müvafiq sahiblərinin mülkiyyəti olaraq qalır. Buna görə də, Siz bizim əvvəlcədən yazılı razılığımız olmadan bu kimi Materiallardan hər hansı birini tamamilə və ya qismən istifadə edə, sata, surətini çıxara, dəyişdirə, çoxalda və ya yaya bilməzsiniz. 

10.3 Müştəri dəstəyi

Məlumat və Yardım: Xidmət və ya onun xüsusiyyətləri haqqında məlumat əldə etmək istəyən və ya hesabları ilə bağlı yardıma ehtiyacı olan istifadəçilər CityNet TV-nin əlaqə məlumatlarına müraciət etməlidirlər.

1.  Uzaq məsafədən Giriş Dəstəyi: Müəyyən hallarda Müştəri Xidməti uzaqdan giriş dəstəyi vasitəsi ilə yardım təklif edə bilər. Bu vasitə CityNet TV-yə İstifadəçinin kompüterinə tam giriş imkanı verir. Bu girişi qəbul etməyən istifadəçilər uzaqdan giriş dəstəyinə dair razılıq verməməlidirlər. CityNet TV belə hallarda alternativ dəstək üsulları təqdim edəcək. 

10.4 Müddəaların ayrılması 

Bu İstifadə Şərtlərinin hər hansı müddəası etibarsız, qeyri-qanuni və ya icraolunmaz hesab edilərsə, digər müddəalar tam qüvvədə qalacaq və etibarlı olacaq. 

10.5 Dəyişiklik 

1.  CityNet TV vaxtaşırı bu İstifadə Şərtlərini yeniləmək və dəyişdirmək hüququnu özündə saxlayır. Əsaslı yeniləmələr və ya dəyişikliklər üçün, CityNet TV dəyişikliklərin qüvvəyə minməsindən ən azı bir ay əvvəl sizi xəbərdar edəcək. Dəyişikliklərə etiraz etmək üçün həmin dəyişikliklərin qüvvəyə minmə tarixindən əvvəl üzvlüyü ləğv edə bilərsiniz.

2.  Dəyişiklik veb saytımızda və tətbiqimizdə yeniləndikdən sonra siz Xidmətlərə girişi və ya Xidmətlərin istifadəsini davam etdirməklə, şərtlərdə edilən dəyişikliklərlə razılaşırsınız. Buna görə də, dəyişikliklərdən xəbərdar olmaq üçün onları mütəmadi qaydada nəzərdən keçirməlisiniz.

10.6 Elektron kommunikasiya 

CityNet TV hesabla bağlı bütün məlumatları (o cümlədən ödəniş icazələri, hesab-fakturalar, şifrədə və ya ödəniş üsulunda edilən dəyişikliklər, təsdiq mesajları və bildirişlər) elektron formada, elektron poçt vasitəsilə qeydiyyat zamanı göstərilən ünvana göndərə bilər.

10.7 Bütöv razılaşma

Bu Şərtlər, Məxfilik Siyasəti və CityNet TV tərəfindən Xidmətlərdə dərc olunan hər hansı digər hüquqi bildirişlərlə birlikdə Xidmətlərlə bağlı Sizinlə CityNet TV arasında bütöv razılaşmanı təşkil edir. 

10.8 Məsuliyyətin məhdudlaşdırılması 

1.  Məruz qala biləcəyiniz hər hansı zərərə baxmayaraq, bu Şərtlərin hər hansı müddəasına əsasən “Uninet” MMC-nin və onun agentlərinin maksimum məsuliyyəti və sizin müstəsna müdafiə vasitəniz müvafiq əməliyyat və ya hesabınız üzrə abunə məbləği ilə məhdudlaşacaq.

2.  Tətbiq olunan qanunların icazə verdiyi maksimum dərəcədə olmaqla, Uninet MMC və onun filialları, agentləri, satıcıları, direktorları, işçiləri, tərəfdaşları, podratçıları və nümayəndələri (birlikdə "Uninet Tərəfləri") aşağıdakılar üçün sizin və ya hər hansı digər şəxsin qarşısında məsuliyyət daşımırlar: hər hansı (i) birbaşa və ya dolayı itkilər, (ii) nəticəli və ya təsadüfi zərərlər, (iii) iddialar, (iv) öhdəliklər, (v) xərclər və (vi) bu Şərtlərdən və ya Xidmətlərin istifadəsindən qaynaqlanan xərclər, texniki xəta və ya əlçatanlığın mümkün olmaması, yaxud da hər hansı icazəsiz və ya qeyri-qanuni əməliyyat səbəbilə Xidmətlərin gecikməsi və ya sıradan çıxması nəticəsində yaranan məsrəflər (bu Şərtlər çərçivəsində açıq şəkildə nəzərdə tutulduğu hallar istisna olmaqla). 

3.  Tətbiq olunan qanunlar yuxarıda qeyd edilən nəticəli və ya təsadüfi zərərlərin istisna edilməsinə və ya məsuliyyətin məhdudlaşdırılmasına icazə vermədiyi halda, Uninet MMC-nin məsuliyyəti qanunla icazə verilən maksimum həddə məhdudlaşdırılır.

10.9 Kompensasiya  

 Bununla, siz “Uninet” MMC-ni və onun filiallarını, agentlərini, satıcılarını, direktorlarını, işçilərini, tərəfdaşlarını, podratçılarını, nümayəndəsini və hər hansı digər əlaqəli tərəfləri aşağıdakılarla əlaqədar meydana gələn hər hansı və bütün iddialara, itkilərə, zərərlərə, öhdəliklərə, xərclərə və/və ya vəkil xərclərinə qarşı qoruyacağınıza və kompensasiya edəcəyinizə dair razılaşırsınız: 

1.  Sizin tərəfinizdən, yaxud da sizin Hesabınıza daxil olan və ya istifadə edən hər hansı digər şəxs tərəfindən tətbiqin və ya Xidmətlərin qiymətləndirilməsi və/və ya istifadə edilməsi;

2.  Sizin tərəfinizdən, yaxud da sizin Hesabınıza daxil olan və ya istifadə edən hər hansı digər şəxs tərəfindən bu Şərtlərin və ya hər hansı müvafiq qanunun və ya qaydaların pozulması. 

10.10 Tətbiq edilən qanun 

Bu İstifadə Şərtləri Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tənzimlənir və şərh edilir.

10.11 Mübahisələrin həlli

Bu İstifadə Şərtlərindən irəli gələn və ya onunla bağlı yaranan hər hansı mübahisələr müstəsna olaraq Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll edilir. 

11. Bizimlə əlaqə

Hər hansı sualınız və ya fikrinizlə bağlı bizə müraciət edə bilərsiniz. 

1.  E-poçt: info@citynet.az 

2.  Telefon: *1177